Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Psixologiya Məktəbinin tələbələri “Autizmdə Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü”də iştirak ediblər

Psixologiya Məktəbinin tələbələri “Autizmdə Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü”də iştirak ediblər

Qərbi Kaspi Universitetinin Psixologiya Məktəbinin tələbələri “Autizmdə Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü” adlı II Praktik konfransda iştirak ediblər.

Konfrans çərçivəsində autizm spektr pozuntularında erkən müdaxilə yanaşmaları geniş müzakirə olunub. 

Sensor inteqrasiyası, terapiyaya adaptasiya, davranış sərhədlərinin formalaşdırılması, erkən risk göstəricilərinin müəyyənləşdirilməsi və sosiallaşma kimi mühüm mövzulara xüsusi diqqət yetirilib.

Tələbələr bu sahədə həm nəzəri biliklərini dərinləşdirib, həm də praktik yanaşmalar barədə faydalı məlumatlar əldə ediblər.