Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qalib tələbələrimiz mükafatlandırılıb

Qalib tələbələrimiz mükafatlandırılıb

Xəbər verdiyimiz kimi, Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət komanda dünyanın ən reytinqli hackathonunun Azərbaycan üzrə qalibi olub.
İnformasiya texnologiyaları ixtisası üzrə dördüncü kurs tələbələri Rəna Abdullayeva və Maura Məhərrəmova yarışın Azərbaycan üzrə qalibi olublar. Komandanın mentoru universitetin Proqramlaşdırma və İnformasiya təhlükəsizliyi kafedrasının müdiri Fariz Həsənlidir.
Qeyd edək ki, FinTech hackathonun Azərbaycan finalına yüksəlmiş 11 komandadan 3-ü Qərbi Kaspi Universitetin tələbələrinin komandası idi.
Tələbələr universitet tərəfindən də mükafatlandırılıb.
Qeyd edək ki, PAŞA Bank-ın və SUP VC şirkətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq “Techstars Startup Weekend FinTech Baku" hakatonu iştikrakçılara innovativ texnologiyalara əsaslanaraq ideyalarını həyata keçirmək, eyni zamanda dünya birinciliyində iştirak şansı verir.