Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda.

Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda.

Qərbi Kaspi Universiteti Mərkəzi Asiya və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri ilə seçilən universitetlər sırasında yer alaraq ilk onluğa daxil olub.
QS ilə əlaqəli elmi qiymətləndirmə müzakirələri çərçivəsində measuresHE platformasında region universitetlərinin 2021–2025-ci illər üzrə beynəlxalq tədqiqat təsiri təhlil edilib. Qərbi Kaspi Universitetinin bu siyahıda yer alması onun elmi fəaliyyətinin beynəlxalq miqyasda görünürlüğünü və tədqiqat nəticələrinin qlobal elmi mühitdə əhəmiyyətini əks etdirir.
Beynəlxalq tədqiqat təsiri universitetlərin elmi nəticələrinin digər ölkələrdəki tədqiqatçılar tərəfindən nə dərəcədə istifadə olunduğunu, həmin nəticələrə istinad edildiyini və onların əsasında yeni elmi araşdırmaların aparıldığını göstərən mühüm göstəricidir. Qiymətləndirmədə yalnız xarici ölkələrdən edilən istinadlar nəzərə alınır, yüksək elmi təsirə malik tədqiqatlara verilən istinadlar isə daha yüksək çəki ilə qiymətləndirilir.
Bu yanaşma universitetlərin elmi fəaliyyətinin yalnız nəşrlərin sayı ilə deyil, həm də tədqiqat nəticələrinin beynəlxalq elmi ictimaiyyətə təsiri ilə qiymətləndirilməsinin əhəmiyyətini ortaya qoyur.
Qərbi Kaspi Universitetində elmi tədqiqatların inkişafı, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi, tədbirlərin keçirilməsi və elmi nəticələrin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunması prioritet istiqamətlərdəndir. Bu fəaliyyət universitetin beynəlxalq elmi görünürlüğünün artırılmasına və qlobal tədqiqat məkanında mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
https://www.linkedin.com/posts/davidjwatkins_qs-armenia-kazakhstan-share-7520397970203197440-Y_98/?utm_source=share&utm_medium=member_ios&rcm=ACoAAFUQfjEBTVM2tgwYT8HVxdoi6OpwIS5fwOs

wcu