Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti FSc MER 2023 proqramına partnyor qismində qoşulacaq

Qərbi Kaspi Universiteti FSc MER 2023 proqramına partnyor qismində qoşulacaq

The Grassroots Institute və Qərbi Kaspi Universiteti Anlaşma Memorandumu imzalayıblar. Sənədə əsasən Qərbi Kaspi Universiteti FSc MER 2023 proqramına Partnyor qismində qoşulacaq.
Qeyd edək ki, Kanadanın The Grassroots İnstitututu tərəfindən təşkil olunan beynəlxalq təlim proqramı dağ ekosistemlərini insan inkişafı və təbii ehtiyatlar və onların davamlı idarə edilməsi kontekstində araşdırır. Dünyanın müxtəlif yerlərində mövcud təbii ehtiyatların geniş spektrindən nümunə araşdırmalarını təsvir edən proqram müxtəlif sosial, siyasi, iqtisadi, mədəni və gender aspektlərinin dağ ekosistemlərində təbii ehtiyatlar uğrunda necə rəqabət apardığını və onları qoruyub saxladığını nəzərdən keçirir. Proqram həmçinin ekoloji fəalların və onların müdaxilələrinin gender perspektivinə əsaslanaraq iqlim dəyişkənliyi şəraitində parkları, enerjini, suyu və torpağı necə qoruduğunu araşdırır.
Proqram dağ ekosistemləri və davamlı inkişaf haqqında öyrənmək istəyən tədqiqatçıları, tələbələri, praktikantları və müəllimləri qlobal miqyasda təbii ehtiyatlardan davamlı istifadə problemlərinin həlli üçün zəruri olan praktik yanaşmalar, bilik və bacarıqlarla təchiz etmək məqsədi daşıyır. Bu beynəlxalq təlim proqramı müxtəlif akademik və təcrübə yönümlü təşkilatların tərəfdaşlığı ilə həyata keçiriləcək.
Beynəlxalq proqram, FSc MER, Asiya, Afrika, Avropa, Şimali Amerika və Okeaniyanın müxtəlif ölkələrindən qoşulan iştirakçıların profilini nəzərə alaraq ingilis dilində təqdim olunacaq. Proqram Avropa, Asiya və Şimali Amerika ölkələrinə mənsub yüksək səriştəli müəllimlər, təlimçilər və praktikantlar tərəfindən 10 günlük təlim ərzində dağ ekologiyası, davamlı inkişaf və ənənəvi insan nişinin müasir mövzularını həll etmək üçün nəzərdə tutulmuşdur.