Qərbi Kaspi Universiteti ilə Konfutsi İnstitutu arasında Memorandum imzalanıb
Qərbi Kaspi Universiteti ilə Konfutsi İnstitutu arasında Memorandum imzalanıb.
Memoranduma əsasən tərəflər Çin dilinin tədrisində, eyni zamanda tələbələrin Çin mədəniyyəti ilə tanışlığını özündə ehtiva edən birgə layihələrin təşkilində, müəllim və tələbə mübadiləsində, birgə tədqiqatların aparılmasında əməkdaşlıq edəcəklər.
Eyni zamanda sənəd iki ölkə alimlərinin elmi əsərlərinin nəşrinə və tərcüməsinə dəstəyi, Çin dili dərsləri və elmi araşdırmaları zamanı ehtiyac olan elmi ədəbiyyatlar və əlavə materiallarla bağlı dəstək göstərilməsini özündə ehtiva edir.
Tədbir Çin mədəniyyəti ilə bağlı sərgi və ədəbi-bədii kompozisiya ilə davam edib.











