Qərbi Kaspi Universiteti magistrantının məqaləsi Scopus bazada indeksləşib
Qərbi Kaspi Universitetinin Genetika ixtisası üzrə magistrantı Mədinə Həmidovanın həmmüəllifi olduğu “Inter Simple Sequence Repeat (ISSR) based genetic and morphological polymorphism of Azerbaijani grape (Vitis vinifera) genotypes” adlı elmi məqalə Scopus beynəlxalq elmi bazasında indekslənən Q2 reytinqli “Genetic Resources and Crop Evolution” jurnalında dərc edilib.
Məqalədə M. Həmidovanın iştirakı ilə aparılmış tədqiqatlar nəticəsində Azərbaycan mənşəli və introduksiya olunmuş üzüm sortları arasında ISSR markerləri və morfoloji xüsusiyyətlərə əsaslanan genetik müxtəliflik araşdırılmışdır. 21 üzüm genotipi üzərində aparılan molekulyar analizlər zamanı 10 ISSR primeri vasitəsilə ümumilikdə 56 marker bandı müəyyən edilmiş, onlardan 44-ü polimorfik olmuşdur. Tədqiqat nəticələri bəzi genotiplər arasında yüksək genetik oxşarlığın mövcudluğunu göstərmiş və bu, onların yaxın qohum olduqlarını ehtimal etməyə əsas vermişdir. Tədqiqat ISSR markerlərinin morfoloji və ampeloqrafik məlumatlarla birgə istifadəsinin üzüm genotiplərinin genetik müxtəlifliyinin qiymətləndirilməsində effektiv yanaşma olduğunu ortaya qoymuşdur.
Məqaləyə keçid:
https://link.springer.com/article/10.1007/s10722-024-02110-3
https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-105001090078&origin=recordpage