Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti RUR 2026 Subject Rankings-də yüksək nəticə göstərib.

Qərbi Kaspi Universiteti Round University Ranking (RUR) 2026 Rankings by Subject nəticələrinə əsasən dünya universitetləri sırasında 756-cı, Azərbaycan üzrə ilk sıralarda qərarlaşıb.

Sosial elmlər üzrə dünya universitetləri sırasında 868-ci, Azərbaycan üzrə 2-ci yerdə,

Texniki elmlər üzrə dünya universitetləri sırasında 789-cu, ölkə üzrə 2-ci yerdədir.

RUR 2026 Subject Rankings universitetlərin ümumi göstəricilərindən fərqli olaraq, onların konkret akademik sahələr və ixtisaslaşmış elmi istiqamətlər üzrə göstəricilərini qiymətləndirir. 2026-cı ildə RUR ümumilikdə 6 geniş akademik sahə və 25 daha dar ixtisas istiqaməti üzrə nəticələri təqdim edib.

Universitetin ayrı-ayrı elmi sahələr üzrə beynəlxalq nəticələri universitetdə elmi tədqiqatların inkişafı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və akademik ixtisaslaşmasının gücləndirilməsi istiqamətində həyata keçirdiyi strategiyanın mühüm göstəricisidir.

wcu