Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti ilə Deep Tech Foundry şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qərbi Kaspi Universiteti ilə Deep Tech Foundry şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

31 oktyabr 2026-cı il tarixində Qərbi Kaspi Universiteti ilə Maltada fəaliyyət göstərən Deep Tech Foundry şirkəti arasında universitet innovasiyaları, texnoloji sahibkarlıq və elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması sahələrində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Əməkdaşlıq çərçivəsində elmi ideyaların innovativ biznes layihələrinə çevrilməsi, universitet startaplarının inkişafı, süni intellekt və texnologiyalar sahəsində təşəbbüslərin dəstəklənməsi, texnologiya transferi və birgə innovativ layihələrin həyata keçirilməsi imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq Qərbi Kaspi Universitetinin elmi potensialının beynəlxalq innovasiya şəbəkələri ilə əlaqələndirilməsi və tədqiqat əsaslı sahibkarlığın inkişafı istiqamətində yeni perspektivlər açır.

wcuwcu