Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti tələbələri üçün İstanbul Kültür Universitetində Təhsil Almaq İmkanı

Qərbi Kaspi Universiteti tələbələri üçün İstanbul Kültür Universitetində Təhsil Almaq İmkanı

 

Qərbi Kaspi Universiteti ilə İstanbul Kültür Universiteti (Türkiyə) arasında mövcud olan müqaviləyə əsasən, QKU-nun 1 (bir)  tələbəsi 2025/2026-cı tədris ilinin yaz semestrində Türkiyədə təhsil almaq şansı qazanacaq.  

Proqram Haqqında Məlumat 

  • · Təhsil müddəti: 4 ay ( 1 semestr) 

  • · Yaşayış xərclərini qarşılamaq məqsədilə aylıq təqaüd ( 800 Avro) 

  • · Səyahət xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanacaq ( 275 Avro)  

Müsabiqədə İştirak Üçün Tələblər:  

  • · Kompüter Mühəndisliyi, Beynəlxalq Münasibətlər, Beynəlxalq Ticarət və Maliyyə, Biznesin Təşkili və İdarə Edilməsi, İngilis dili və Ədəbiyyatı  ixtisaslarında təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər. 

  • · Müsabiqədə iştirak etmək üçün B2 səviyyədə ingilis dili biliyi mütləqdir. 

  • · Ümumi Orta Müvəffəqiyyət Göstəricisi: 100 üzərindən 75 və daha yüksək

 


2/2

Qəbul Meyarları: 

  • · İngilis dili intahanı – 50% 

  • · ÜOMG – 50% 

  • · Əlilliyi təsdiq edən sənədi təqdim edən tələbələrə + 10 bal 

 

Tələb olunan sənədlər: 

  • · Təhsil müqaviləsi 

  • · Transkript 

  • · Pasport 

  • · Şəkil 

  • · İngilis dili sertifikatı 

  • · Motivasiya məktubu 

  • · CV 

Proqramda iştirak üçün heç bir ödəniş tələb olunmur. Tələbələr ingilis dilində CV və Motivasiya məktublarını erasmus@wcu.edu.azünvanına göndərə bilər və ya beynəlxalq əlaqələr şöbəsinə (Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi 21, 111-ci otaq) yaxınlaşa bilərlər.  

Son müraciət tarixi: 18.11.2025 

Əlavə suallar üçün erasmus@wcu.edu.azelektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.