Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti 601+ universitet arasında

Qərbi Kaspi Universiteti 601+ universitet arasında

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2022-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb.

Dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının 17 Davamlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən bu reytinqdə Azərbaycanın da bir neçə universiteti yer alıb. Qərbi Kaspi Universiteti 1406 universitetin yer aldığı reytinqdə ən yaxşı 601+ universitet arasında qərarlaşıb.

Qərbi Kaspi Universiteti iki istiqamət üzrə 101-200-cü yerdə, üç istiqamət üzrə 201-300-cü yerdə, üç istiqamət üzrə 301-400-cü yerdə və daha üçü üzrə 401+ yerdədir.

Qeyd edək ki, dünyada mövcud olan təxminən 25 min universitetdən 5 mindən artıq universitet hər il təşkilata reytinq qiymətləndirilməsində iştirak üçün müraciət edir və onlardan bu il 1406 ali təhsil ocağı reytinqə daxil edilib. Bu reytinqə daxil edilən universitetlərin sayı artıb. Ötən il 1240 ali təhsil ocağının qiymətləndirilməsi aparılmışdı.