Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti və APFM arasında memorandum imzalanıb

Qərbi Kaspi Universiteti və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədi Qərbi Kaspi Universitetinin I prorektoru Zenfira Məmmədova və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova imzalayıblar.

Tədbirdə qeyd edilib ki, memorandumun əsas məqsədi tərəflər arasında iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi-tədqiqatların aparılması, tələbələr üçün təcrübə proqramlarının, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmələri, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarətdir.

Əməkdaşlıq eyni zamanda tələbə və məzunlar üçün də iş imkanları yaradacaq.