Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti və İstanbul Medipol Universiteti arasında  onlayn görüş keçirilib

Qərbi Kaspi Universiteti və İstanbul Medipol Universiteti arasında  onlayn görüş keçirilib

Qərbi Kaspi Universiteti və İstanbul Medipol Universiteti arasında COIL layihəsi çərçivəsində onlayn görüş keçirilib.

Mədəni-diplomatik əməkdaşlıq xarakteri daşıyan layihə çərçivəsində hər iki universitetin tələbələri süni intellektin (AI) və müasir texnologiyaların ətraf mühitə təsiri, həmçinin rəqəmsal ayaq izinin (digital footprint) əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı tələbələr qlobal texnoloji çağırışlara həsr olunan kreativ layihələrini təqdim edib, innovativ yanaşmalarını bölüşüblər.

Layihə beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi və tələbələrin qlobal mövzular üzrə birgə fəaliyyətinin təşviqi baxımından əhəmiyyətli olub.