Qərbi Kaspi Universitetində “Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəblərindən olan şagirdlər universitetdə tədris mühiti ilə yaxından tanış olurlar.
Bu dəfə 17 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Qərbi Kaspi Universitetinin kampuslarını ziyarət ediblər.
Abituriyentlər Mexanika və robototexnika mühəndisliyi, Biotexnologiya laboratoriyası, eləcə də “DeepTech” Süni İntellekt Tədqiqat və Hesablama Laboratoriyasında aparılan elmi-tədqiqat işləri və müasir texnologiyalar barədə məlumatlanıblar.
Bununla yanaşı, xaricdə təhsil imkanları ilə bağlı yeni biliklər qazanıblar.
“Açıq qapı günü” abituriyentlər üçün maraqlı və maarifləndirici keçib. Bu cür tədbirlər məktəblilərin elm və texnologiyaya marağının artırılmasına, həmçinin gələcək ixtisas seçimlərinə mühüm dəstək verir.
https://www.youtube.com/shorts/DXEIWsQ101I