Qərbi Kaspi Universitetində “Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri çərçivəsində paytaxtın müxtəlif ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər universitetin akademik mühiti ilə yaxından tanışlıq imkanı əldə edirlər.
Bu dəfə isə 46 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Qərbi Kaspi Universitetinin kampuslarında olub, təhsil şəraiti ilə yerində tanışlıq keçiblər.
Abituriyentlər Mexanika və robototexnika mühəndisliyi, Biotexnologiya laboratoriyası, eləcə də “DeepTech” Süni İntellekt Tədqiqat və Hesablama Laboratoriyasında aparılan elmi-tədqiqat işləri və müasir texnologiyalar barədə məlumatlanıblar.
Bununla yanaşı, onlara xaricdə təhsil imkanları və ikili diplom proqramları haqqında da ətraflı məlumat təqdim olunub.
“Açıq qapı günü” abituriyentlər üçün maraqlı və maarifləndirici şəkildə keçib. Şagirdlər bildiriblər ki, ixtisas seçimi zamanı universitet mühitini və imkanları əyani şəkildə görmək onlar üçün çox faydalı olub.
Xatırladaq ki, Qərbi Kaspi Universitetinin İçərişəhər korpusunda Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 31
Telefon: +994 12 492 74 18