Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində Almaniyanın Zvikau Universitetinin professorları ilə görüş keçirilib.

Qərbi Kaspi Universitetində Almaniyanın Zvikau Universitetinin professorları ilə görüş keçirilib.

Qərbi Kaspi Universitetində Almaniyanın Zvikau Tətbiqi Elmlər Universitetinin professorlarından ibarət nümayəndə heyəti ilə görüş təşkil olunub. Səfərin əsas məqsədi iki universitet arasında mövcud əlaqələri möhkəmləndirmək, yeni əməkdaşlıq imkanlarını araşdırmaq və beynəlxalq akademik tərəfdaşlığı genişləndirmək olub.

Görüşdə Zvikau Universitetinin professoru Stefan Noak, Qərbi Kaspi Universitetinin tələbə və müəllim heyəti üçün “Davamlı inkişafınidarəolunması- şirkətlərin hədəf sistemlərinə davamlılıq məqsədlərinin inteqrasiyası" mövzusunda mühazirə oxuyub. Mühazirədə professor Noak Almaniyanın ali təhsil sistemi, sənaye ilə universitetlər arasındakı əməkdaşlıq modelləri, tətbiqi elmlər sahəsində əldə olunan son yeniliklər və beynəlxalq tələbə mübadiləsi proqramları barədə ətraflı məlumat verib.

Görüş zamanı tərəflər arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Bunlara birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, ortaq konfrans və seminarların təşkili, təcrübə proqramlarının hazırlanması, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi daxildir. Həmçinin, gələcəkdə birgə təhsil proqramlarının, xüsusilə ikili diplom layihələrinin hazırlanması istiqamətində ilkin razılıqlar əldə olunub.

Qərbi Kaspi Universitetinin rəhbərliyi Almaniya universitetləri ilə əməkdaşlığa xüsusi önəm verdiklərini, Avropa akademik məkanına inteqrasiya olunmağın və beynəlxalq təcrübənin yerli tələbə və alimlər üçün yeni imkanlar açacağını vurğulayıb.

Zvikau Universitetinin nümayəndələri isə qeyd ediblər ki,Qərbi Kaspi Universiteti müasir infrastruktura, dinamik inkişaf strategiyasına və açıq beynəlxalq əlaqələrə malik ali məktəb kimi Almaniya tərəfi üçün cəlbedici tərəfdaşdır. Onlar gələcəkdə Azərbaycan universitetləri ilə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər.

Tərəflər yaxın gələcəkdə əməkdaşlığın konkret addımlarını planlaşdırmaq üçün növbəti görüşlərin keçirilməsində maraqlı olduqlarını bəyan ediblər.