Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində Beynəlxalq Elmi Konfrans

Qərbi Kaspi Universitetində Beynəlxalq Elmi Konfrans

26 may 2026-cı il, saat 10-00 tarixində Qərbi Kaspi Universitetində “Qafqaz və onun hüdudları ətrafında xalqlar, ərazilər və dövlətlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın məqsədi Qafqaz və ətraf regionlarda tarix, mədəniyyət, antropologiya, arxeologiya, ədəbiyyat və siyasi təmsilçilik məsələləri üzrə fəaliyyət göstərən yerli və xarici alim və tədqiqatçıları bir araya gətirmək, onların elmi nəticələrinin təqdimatı, akademik müzakirələrin aparılması və beynəlxalq elmi əməkdaşlığın inkişafı üçün platforma yaratmaqdır.

Konfransda ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycandan olan tanınmış alim və tədqiqatçıların iştirakı nəzərdə tutulur.

Qəbul edilmiş məqalələr Qərbi Kaspi Universitetinin AAK tərəfindən məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil olan Reconstructing the past: Journal of Historical  Studies jurnalında nəşr olunacaq.

E-poçt: historical_studies@wcu.edu.az

Müəlliflər üçün:

Konfransın işçi dilləri: Azərbaycan, ingilis

Məqalənin tərtibi qaydaları

·         Həcm -6-12 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 12, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.

·         Əgər material ingilis dilində təqdim edilirsə məqalənin sonunda Azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Məqalənin strukturu

·         Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)

·         Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 12)

·         Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 11)

·         Müəllifin e-maili, ORCİD İD

  • Açar sözlər 5 söz və ya söz birləşməsi qədər

·         Məqalənin mətnində qaynaqlara istinad mötərizədə müəllifin soyadı, nəşrin ili, səh.

·         Ədəbiyyat (APA 7 formatında) 

Mühüm tarixlər

·         Məqalənin göndərilməsi üçün son tarix: 25 iyun 2026-cı il

·         Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 30 iyun  2026-cı il 

Məkan

·         Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli korpusu. (501 saylı konfrans zalı)

 

Təşkilat Komitəsi