Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində daha bir elmi-praktik konfransı keçirilib

Qərbi Kaspi Universitetində daha bir elmi-praktik konfransı keçirilib

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən daha biri - Gənc Tədqiqatçıların “Tədris, öyrənmək və təhsil” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Konfransda çıxış edən Qərbi Kaspi Universitetinin Tədris işləri üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Səfər Pürhani, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Qərbi Kaspi Universitetinin professoru Şahlar Əsgərov, Azərbaycan Respublikası Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərəova, Azərbaycan Tibb Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Hüseynova və Qərbi Kaspi Universietinin Doktorantura və magistratura şöbəsinin müdir müavini Tural Vəlizadə tərəfindən Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, inkişafı yolunda misilsiz xidmətlərindən, eləcə də təhsilin inkişafı və milli kadrların hazırlanmasında tarixi addımlarından bəhs olunub, bu cür konfransların Azərbaycan elmi üçün böyük töhfə olduğu vurğulanıb.

Natiqlər onu da vurğulayıblar ki, konfransın keçirilməsində məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Daha sonra Gənc Tədqiqatçıların Respublika elmi-praktik konfransı öz işini “Sosial-humanitar elmlər”, “Təbiət elmləri”, "İKT və mühəndislik", “İqtisadiyyat və turizm” və “Psixologiya” bölmələri üzrə davam etdirib.

Qeyd edək ki, bu il konfransa 125 elmi tezis qəbul olunub. Onlardan 83-ü Qərbi Kaspi Universitetinin gənc tədqiqatçıları tərəfindən təqdim edilib.