Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində biotexnologiya və gen mühəndisliyinin aktual istiqamətlərinə həsr olunmuş beynəlxalq seminar keçiriləcək.

Qərbi Kaspi Universitetində biotexnologiya və gen mühəndisliyinin aktual istiqamətlərinə həsr olunmuş beynəlxalq seminar keçiriləcək.

Qərbi Kaspi Universitetində 6 noyabr 2026-cı il saat 10:00 tarixində “Beynəlxalq Payız Mühazirələri” proqramı çərçivəsində biotexnologiya, genom redaktəsi və gen mühəndisliyinin müasir nailiyyətlərinə həsr olunmuş beynəlxalq seminar təşkil ediləcək.

Seminarda Türkiyənin Atatürk Universitetinin professoru, biotexnologiya sahəsində tanınmış alim və mütəxəssis Prof. Dr. Abdulkadir Bayır “Gələcək üçün biotexnologiya: genom redaktəsi, davamlı qida istehsalı və karyera imkanları” (Biotechnology for the Future: Genome Editing, Sustainable Food Production and Career Opportunities) mövzusunda mühazirə ilə çıxış edəcək.

Mühazirə çərçivəsində müasir biotexnologiyanın prioritet tədqiqat istiqamətləri, CRISPR/Cas9 texnologiyası əsasında genomun və genetik materialın məqsədyönlü redaktəsi, alternativ qida istehsalının innovativ üsulları, iqlim dəyişmələrinə davamlı bitki sortlarının yaradılması, eləcə də biotexnologiya sahəsində formalaşan yeni elmi və texnoloji trendlər ətrafında müzakirələr aparılacaq.

Seminarın əsas məqsədi xüsusilə, “Qida mühəndisliyi və biotexnologiya”, “Biologiya” və “Su bioehtiyatları” ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzəri biliklərin müasir elmi tədqiqatlarla əlaqələndirilməsi, innovativ texnologiyaların tətbiqi və gələcək peşəkar inkişaf imkanlarının öyrənilməsi baxımından əhəmiyyətli platforma olacaq.

Qərbi Kaspi Universiteti (B korpusu)

wcu