Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi universitetində III Beynəlxalq Dağlar Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər Konfransı

Qərbi Kaspi universitetində III Beynəlxalq Dağlar Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər Konfransı

Qərbi Kaspi universitetində
III Beynəlxalq “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransı
Qərbi Kaspi Universitetinin təşkilatçılığı, BMT-nin Dağ Tərəfdaşlığı (Mountain Partnership), Qafqaz Dağlıq Regionlarının Davamlı İnkişafı Şəbəkəsi (Caucasus Network for Sustainable Development of Mountain Regions), Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası (UIAA) və digər tərəfdaşların əməkdaşlığı ilə 5–6 noyabr 2026-cı il tarixlərində III Beynəlxalq “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransı keçiriləcəkdir.
Konfrans qlobal əhəmiyyət daşıyan təbii, ekoloji, sosial, mədəni və landşaft sistemləri kimi dağlıq regionların hərtərəfli elmi tədqiqinə və multidissiplinar elmi dialoqun inkişafına həsr olunmuşdur. Dağ ekosistemləri biomüxtəlifliyin qorunmasında, iqlimin tənzimlənməsində və mədəni irsin mühafizəsində mühüm rol oynasa da, hazırda iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və dayanıqsız inkişaf nəticəsində yaranan risklərə getdikcə daha çox məruz qalır. Bu çağırışların həlli inteqrativ elmi yanaşmaların, fənlərarası əməkdaşlığın və güclü beynəlxalq tərəfdaşlıqların formalaşdırılmasını tələb edir.
Konfransın məqsədi elmi əməkdaşlığı gücləndirmək, dağlıq regionların davamlı inkişafına yönəlmiş innovativ və elmi əsaslandırılmış yanaşmaları təşviq etmək, ekoloji və mədəni dayanıqlılıq üzrə yeni strateji baxışların formalaşmasına töhfə verməkdir. Tədbir tədqiqatçıları, sahə üzrə mütəxəssisləri, siyasət formalaşdıran şəxsləri və aidiyyəti qurumların nümayəndələrini bir araya gətirən yüksək səviyyəli elmi platforma kimi nəzərdə tutulmuşdur.
Konfransın elanı  Web of Conferences platformasında yerləşdirilmişdir:
Web of Conferences – BIO Web of Conferences Forthcoming Conferences
Əsas elmi istiqamətlər:
1. Kənd təsərrüfatı və ekologiya
2. İqlim dəyişikliyi, biomüxtəliflik və ətraf mühit
3. Turizm və regional iqtisadi inkişaf
4. Sağlamlıq və biokimya

Məqalə təqdimatı tələbləri:

Tam məqalə: 8–10 səhifə 
Xülasə: 200–300 söz. 
Açar sözlər: 3–5 açar söz və ya açar söz birləşməsi
Başlıq, müəlliflər, təşkilat mənsubiyyəti (affiliasiyası)və e-mail
Giriş, məqsəd, metodologiya və nəticələr
MS Word formatında, Times New Roman, 12 pt, 1,5 sətirarası interval

Məqalələrin təqdim edilməsi üçün son tarix: 15 oktyabr 2026 
Ətraflı məlumat və məqalələrin təqdim edilməsi üçün: mblc.conference@wcu.edu.az
Nəşr: Qəbul edilmiş məqalələrin Web of Conferences platformında dərci və Scopus-da indeksləşdirilməsi nəzərdə tutulur.

wcu