Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində keyfiyyətin təminatı mərkəzinin məlumatları üzrə geniş müzakirə keçirildi.

Qərbi Kaspi Universitetində keyfiyyətin təminatı mərkəzinin məlumatları üzrə geniş müzakirə keçirildi.

Qərbi Kaspi Universitetində universitetin Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyəti ilə bağlı iclas keçirilib. Görüş zamanı Mərkəzin təqdim etdiyi məlumatlar ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrin əsas mövzularından biri müəllimlərin illik fəaliyyətinin qiymətləndirilməsi olub. Bu qiymətləndirmənin aparılma mexanizmləri, meyarları və nəticələrinin tədris prosesinə təsiri ətraflı şəkildə təhlil edilib. Bildirilib ki, müəllim fəaliyyətinin obyektiv qiymətləndirilməsi təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

Eyni zamanda, tələbələr və digər maraqlı tərəflər arasında keçirilən müxtəlif sorğuların nəticələri təqdim olunub. Sorğular vasitəsilə tədris prosesinin keyfiyyəti, dərs metodikası, müəllimlərin peşəkarlığı və ümumi təhsil mühitinə dair rəy və təkliflər toplanıb.

Təqdim olunan nəticələr əsasında müvafiq tövsiyələr verilib və keyfiyyətin daha da yüksəldilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Görüş iştirakçıları tədrisin keyfiyyətinin davamlı şəkildə izlənməsinin və inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıblar.