Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində respublika elmi-praktik konfrans keçirilib

Qərbi Kaspi Universitetində respublika elmi-praktik konfrans keçirilib

Qərbi Kaspi Universitetində təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi inkişafda qlobal çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.
Əvvəlcə dahi liderin siyasi fəaliyyətindən bəhs edən qısa metrajlı film təqdim olunub.
Konfransın plenar iclasında Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Əli Nuriyev, DTX-nin Heydər Əliyev adına Akademiyasının prorektoru Elşad Nəsirov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Texnologiya Universitetinin Elm və xarici əlaqələr üzrə müşaviri, iqtisad elmləri doktoru Mayıs Gülalıyev, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev, AMEA-nın İqtisadiyyat İnstitutunun professoru, iqtisad elmləri doktoru Fuad Qənbərov, Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının professoru, iqtisad elmləri doktoru Səfər Pürhani, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov məruzələrlə çıxış edərək ulu öndərin fəaliyyətinin iqtisadi aspektləri barədə məlumat veriblər. Bildirilib ki, dahi siyasətçinin Azərbaycana sovet ittifaqındakı rəhbərliyi dövründə - 1969-1982-ci illərdə ölkədə 250-ədək iri sənaye müəssisəsi işə salınıb. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərdə Azərbaycan nəhəng tikinti meydançasını xatırladırdı.
Qeyd edilib ki, dahi lider Azərbaycanı 90-cı illərin əvvəllərində nəinki üzləşdiyi böhran və uçurumdan xilas etdi, onu inkişaf relsləri üzərinə çıxardı və beynəlxalq səviyyədə siyasi və iqtisadi münasibətlərin fəal, nüfuzlu iştirakçısına çevirdi. Vurğulanıb ki, ulu öndərin strategiyası onun siyasi məktəbinin yetirməsi olan İlham Əliyev tərəfindən şaxələndirildi və ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsində qazanılan parlaq zəfər, Azərbaycanın nəinki regional gücə, qlobal gündəliyə təsir edən mərkəzə çevrilməsi bu siyasətin nəticələridir.
Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirib.