Qərbi Kaspi Universitetində beynəlxalq elmi seminar keçiriləcək.
Universitetdə " Beynəlxaq Payız Mühazirələri" çərçivəsində keçirilən seminarda
SaciWATERs" təşkilatının əməkdaşı, 2024-cü il "GWYN-UNESCO Yeraltı Sular Qəhrəmanı" (Groundwater Hero) mükafatçısı, həmçinin dağlıq ərazilərin dayanıqlılığı və bulaq hövzələrinin idarə olunması üzrə mütəxəssisi Dr. Kabindra Şarma “İqlimə davamlılıq, hidroloji məsələlər və ətraf mühitin idarə olunmasına” həsr olunmuş xüsusi, 2 seminarla çıxış edəcək. Mühazirədə Qafqaz və Şərqi Himalay regionlarını əlaqələndirən, yenilikçi müqayisəli tədqiqatlarla tanış olmaq imkanı əldə etmək mümkün olacaq.
1-ci Seminar
• Mövzu: Quruyan bulaqlar və dağlıq ərazilərdə su təhlükəsizliyi: Azərbaycan və Şərqi Himalaydan müqayisəli yanaşmalar
2 noyabr 2026-cı il saat 13-35 Qərbi Kaspi Universiteti Əhməd Rəcəbli 17A.
2-ci Seminar
• Mövzu: Ətraf mühit dəyişiklikləri fonunda dağ landşaftları: Qafqaz və Şərqi Himalay
3 noyabr 2026-cı il saat 10-00 Qərbi Kaspi Universiteti Əhməd Rəcəbli 17A.
