Qərbi Kaspi Universitetində WUF13-a həsr olunmuş debat keçirilib
Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbinin tələbələrinin iştirakı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş debat keçirilib.
Debatda şəhərlərin davamlı və təhlükəsiz inkişafı, urbanizasiya nəticəsində yaranan problemlər, eləcə də iqlim dəyişikliyi və nəqliyyat sahəsində mövcud çağırışlar ətrafında geniş müzakirələr aparılıb, müxtəlif həll yolları irəli sürülüb.
Tələbələr müzakirələr zamanı urbanizasiya proseslərinin sosial və siyasi təsirləri ilə bağlı fikirlərini bölüşərək mövzu ətrafında fəal iştirak ediblər.