Qərbi Kaspi Universitetində xarici mütəxəssislərin tədris etdiyi xüsusi kurslar uğurla başa çatdı
1–18 may tarixlərində Qərbi Kaspi Universitetində xarici mütəxəssislərin iştirakı ilə "Menecmentin Əsasları" və "İnsan Resursları" proqramları üzrə xüsusi i kurslar təşkil olunmuşdur. Kurslar müasir təlim metodlarına əsaslanaraq, tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirmək məqsədi daşıyırdı.
Təlim müddətində iştirakçılar idarəetmə prosesləri, liderlik bacarıqları, insan resurslarının planlaşdırılması və effektiv komanda quruculuğu kimi mövzular ətrafında əhatəli biliklər əldə etdilər. Xarici mütəxəssislərin beynəlxalq təcrübəyə əsaslanan dərsləri tələbələr üçün həm nəzəri, həm də praktik cəhətdən əhəmiyyətli oldu.
Kursların sonunda iştirakçılar uğurla yekun imtahan və tapşırıqları yerinə yetirərək sertifikatlarla təltif olundular. Təqdim olunan bu sertifikatlar onların gələcək peşəkar fəaliyyətlərində əlavə üstünlük qazandıracaq.
Bu cür proqramlar universitetin beynəlxalqlaşma strategiyasına uyğun olaraq, tələbələrin qlobal əmək bazarına hazırlığını gücləndirmək məqsədi daşıyır.



