Qərbi Kaspi Universitetində Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirildi
Qərbi Kaspi Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. Universitetin Qəyyumlar Şurasının sədri Hüseyn Bağırov çıxış edərək, Xocalı faciəsindən və beynəlxalq ictimaiyyətin bu hadisəyə yanaşmasından danışıb.
Bu faciə təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin tarixində insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri olduğu vurğulanıb. Tədbir, Xocalı faciəsini unutdurmamaq, bu tarixi hadisəni gənc nəslə düzgün çatdırmaq və beynəlxalq səviyyədə həqiqətlərin tanınmasına töhvə verib. Eyni zamanda, gələcəkdə belə faciələrin təkrarlanmaması üçün insan haqları və ədalət uğrunda birgə mübarizə aparılmasının önəmini vurğulayıb.
Tədbirin sonunda iştirakçılar Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Həmçinin tələbələr və müəllimlər tərəfindən faciəni əks etdirən çıxışlar, film nümaişi və təqdimatlar olub.
Qərbi Kaspi Universitetində keçirilən bu tədbir bir daha göstərdi ki, Xocalı həqiqətləri unudulmur və unudulmayacaq. Azərbaycan xalqı ədalət uğrunda mübarizəsini davam etdirəcək və Xocalı qurbanlarının ruhu daim xatırlanacaq.









