Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin beynəlxalq elmi konfransının materialları Scopus bazasında indekslənən BIO Web of Conferences nəşrində dərc olunub

Qərbi Kaspi Universitetinin beynəlxalq elmi konfransının materialları Scopus bazasında indekslənən BIO Web of Conferences nəşrində dərc olunub

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” beynəlxalq elmi konfransının materialları dünyanın beynəlxalq elmi nəşr platformalarından biri olan BIO Web of Conferences nəşrində dərc olunub.

Scopus və digər nüfuzlu elmi məlumat bazalarında indekslənən BIO Web of Conferences platformasında materialların yayımlanması konfransın elmi nəticələrinin beynəlxalq akademik auditoriyaya çatdırılması, tədqiqatçıların elmi töhfələrinin görünürlüğünün artırılması və dağlıq ərazilərin öyrənilməsi sahəsində aparılan tədqiqatların beynəlxalq elmi dövriyyəyə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşrdə yer alan elmi işlər dağlıq ərazilərin biomüxtəlifliyi, ekoloji dayanıqlılığı, landşaftların xüsusiyyətləri, ətraf mühitin mühafizəsi və davamlı inkişaf kimi aktual elmi istiqamətləri əhatə edir. Müxtəlif ölkələrdən olan alim və tədqiqatçıların elmi nəticələrinin beynəlxalq nəşrdə təqdim olunması konfransın multidissiplinar və beynəlxalq xarakterini bir daha nümayiş etdirir.

Bu nəşr Qərbi Kaspi Universitetinin beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, tədqiqat fəaliyyətinin beynəlxalq səviyyədə təşviqi və universitetin qlobal akademik məkanda mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm nəticələrindən biridir.

Qərbi Kaspi Universiteti elmi tədqiqatların beynəlxalq səviyyədə tanıdılmasını, nüfuzlu elmi nəşrlərdə təmsilçiliyin genişləndirilməsini və beynəlxalq akademik tərəfdaşlıqların inkişafını prioritet istiqamətlər kimi davam etdirir.

Konfrans materialları ilə tanış olmaq üçün:

https://www.bio-conferences.org/articles/bioconf/abs/2026/50/contents/contents.html

wcu