Qərbi Kaspi Universitetinin doktorantları beynəlxalq konfransda çıxış ediblər
Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq konfransda 15 ölkədən (Kanada, İspaniya, Türkiyə, Almaniya, Misir, Gürcüstan, Macarıstan, Filippin, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan) 300-dən çox gənc alim iştirak edib.
Konfransda Qərbi Kaspi Universitetinin doktorantları - Samirə Cəlilova və Lamiyə Qurbanlı da iştirak ediblər.
Gənc tədqiqatçılar konfransın Elmi-təşkilat Komitəsi tərəfindən sertifikatla təltif olunublar.
SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir AMEA-nın 75 illiyinə həsr olunub.