Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin əcnəbi tələbələri  İncəsənət Muzeyində 

Qərbi Kaspi Universitetinin əcnəbi tələbələri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.

Məqsəd xarici tələbələrin Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarını təmin etməkdir.

Səfər çərçivəsində tələbələr muzeydə qorunan eksponatlar, milli incəsənət nümunələri və tarixi əsərlər barədə ətraflı məlumat əldə ediblər. Onlara Azərbaycan xalqının çoxəsrlik mədəni dəyərləri, incəsənət ənənələri və milli irsi haqqında məlumat verilib.

Səfər universitetin Azərbaycan dili Hazırlıq kursu tərədindən həyata keçirilib.