Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin Bio Klub və Psixologiya Klubunun birgə təşkilatçılığı ilə “Beyin insanı idarə edir, yoxsa insan beynini?” mövzusunda seminar keçirilib.

Qərbi Kaspi Universitetinin Bio Klub və Psixologiya Klubunun birgə təşkilatçılığı ilə “Beyin insanı idarə edir, yoxsa insan beynini?” mövzusunda seminar keçirilib.

Qərbi Kaspi Universitetinin Bio Klub və Psixologiya Klubunun birgə təşkilatçılığı ilə “Beyin insanı idarə edir, yoxsa insan beynini?” mövzusunda seminar keçirilib.

Seminar çərçivəsində tələbələrə mövzu ilə bağlı müxtəlif suallar ünvanlanıb, onların fikir və yanaşmaları dinlənilərək qarşılıqlı müzakirələr aparılıb. Daha sonra beynin insan davranışlarına, qərarvermə prosesinə və emosiyalarına təsiri haqqında elmi məlumatlar paylaşılıb.

Görüşün davamında tələbələr qrup işlərinə cəlb olunaraq mövzuya fərqli perspektivlərdən yanaşıb, öz düşüncələrini bölüşmək və müzakirə etmək imkanı əldə ediblər.

Bu cür maarifləndirici və interaktiv tədbirlər tələbələrin elmi biliklərinin artırılmasına, tənqidi və analitik düşünmə bacarıqlarının inkişafına, həmçinin fərqli fikirlərə açıq yanaşmalarının formalaşmasına töhfə verir