Qərbi Kaspi Universitetinin jurnalı TARİX VƏ ANTROPOLOGİYA dövri elmi nəşrlər siyahısına daxil edilib
Qərbi Kaspi Universitetinin təsis etdiyi “Reconstructing the past: Journal of Historical Studies” (Keçmişin yenidən bərpası: tarix araşdırmaları) tarix jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə məqalələrin dərc olunmasi tövsiyə edilən elm sahələri üzrə TARİX VƏ ANTROPOLOGİYA dövri elmi nəşrlər siyahısına daxil edilmişdir.
“Reconstructing the past: Journal of Historical Studies” jurnalı tarixi araşdırmanın müxtəlif məsələlərinə dair orijinal elmi məqalələrin nəşri üzrə ixtisaslaşıb və dünyanın müxtəlif ölkələrindən müəlliflərin məqalələrini qəbul edir.
Jurnal görkəmli ekspertlərin rəyi ilə yüksək nəşr standartlarına uyğun olaraq. ildə 4 dəfə çap olunur.