Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin “Məzun 2025” tədbiri Akademik Dövlət Filarmoniyasında keçirildi.

Qərbi Kaspi Universitetinin “Məzun 2025” tədbiri Akademik Dövlət Filarmoniyasında keçirildi.

29 iyun 2025-ci il tarixində Azərbaycan Akademik Dövlət Filarmoniyasında Qərbi Kaspi Universitetinin “Məzun 2025” adlı  tədbiri keçirildi.

Tədbirdə universitet rəhbərliyi, millət vəkilləri, mədəniyyət xadimləri, professor-müəllim heyəti, məzunlar, onların valideynləri  iştirak etdilər. Rəsmi çıxışlarda tələbələrin təhsil müddətində əldə etdikləri nailiyyətlər qeyd olundu, onlara gələcək həyat və karyera yollarında uğurlar arzu edildi.

 Proqram musiqili və bədii kompozisiyalar, tələbələrin çıxışları və xatirə videoları ilə davam etdirildi.

“Məzun 2025” tədbiri tələbəlik illərinin son,lakin ən yaddaqalan səhifələrindən biri oldu. Tədbir universitetin tələbələrə göstərdiyi dəyərin və onların gələcəyinə olan inamın bariz nümunəsi kimi dəyərləndirildi.