Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin müəllimi Türkiyədə keçirilən regional konfransda çıxış edib

Qərbi Kaspi Universitetinin müəllimi Türkiyədə keçirilən regional konfransda çıxış edib

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərova Türkiyənin Antalya şəhərində keçirilən "Balıqların sağlamlığı və xəstəliklərinin idarə olunması" adlı regional konfransda iştirak edib. E.Cəfərova seminarda "Azərbaycanda balıqların sağlamlığı və xəstəliklərinin idarə olunması" mövzusunda mühazirə ilə çıxış edib.