Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin müəllimləri İzmir Bakırçay Universitetində səfərdədir

Qərbi Kaspi Universitetinin müəllimləri akademik mobillik proqramı çərçivəsində hazırda Türkiyənin İzmir Bakırçay Universitetində səfərdədirlər.

Məqsəd iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması və elmi əlaqələrin genişləndirilməsidir. 

Proqram çərçivəsində müəllimlər müxtəlif görüşlərdə iştirak edir, həmçinin tədris və tədqiqat sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edirlər.