Qərbi Kaspi Universitetinin professoru beynəlxalq konfransda əsas məruzəçi kimi çıxış edib
Qərbi Kaspi Universitetinin İnformasiya Texnologiyaları kafedrasının professoru, eyni zamanda Qərbi Kaspi Universitetinin “Journal of Smart Technologies and Computational Systems” jurnalının redaksiya heyətinin üzvü Sovan Samanta Hindistanda keçirilən beynəlxalq konfransda əsas məruzəçi qismində çıxış edib.
“Recent Advances in Optics, Photonics and Future Technologies 2026” adlı beynəlxalq konfrans Hindistanın Tapar Mühəndislik və Texnologiya İnstitutu tərəfindən təşkil olunub.
Tədbirdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar və sənaye nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində optika, fotonika və gələcək texnologiyalar sahəsində aparılan aktual elmi tədqiqatlar, innovativ yanaşmalar və müasir texnoloji həllər geniş müzakirə olunub.