Qərbi Kaspi Universitetinin tədqiqatçılarının nəzərinə!
Kitabxana Türkiyənin qabaqcıl akademik kitab platforması olan Hiperkitap-a giriş və istifadə imkanı təqdim edir.
Hiperkitap - Akademik kitab platforması türk dilində 500-dən çox nəşriyyatın 32.000-dən çox nəşrlərinə sahib olan Türkiyənin ilk rəqəmsal məlumat bazasıdır. Hiperkitap, ədəbiyyatdan incəsənətə, riyaziyyatdan astronomiyaya qədər 36 kateqoriya üzrə minlərlə kitabın istifadəsinə imkanı verir.
Giriş linki: https://www.hiperkitap.com/ , kitabxananın saytı üzərindən də platformaya daxil olmaq mümkündür > https://library.wcu.edu.az/
QEYD: Hiperkitap akademik kitab platforması 15.12.2026-cı il tarixinədək universitetin tədris korpuslarında və kitabxanada istifadəyə açıqdır.
Suallarla bağlı və ya daha ətraflı məlumat üçün library@wcu.edu.az e-mailinə yazaraq bizə bildirə bilərsiniz.


