Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin Siyasi və İçtimai Elmlər məktəbinin tələbələri Milli Azərbaycan Tarix Muzeyində olublar.

Qərbi Kaspi Universitetinin Siyasi və İçtimai Elmlər məktəbinin tələbələri Milli Azərbaycan Tarix Muzeyində olublar.

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər məktəbinin “Tarix” ixtisasının tələbələrinin nəzəri biliklərini təkmilləşdirmək məqsədi ilə ölkənin müxtəlif muzey və qoruqlarına ekskursiyaları təşkil edilir. Növbəti ekskursiya Milli Azərbaycan Tarixi Muzeyinə və İçərişəhər Dövlət-Tarix Memarlıq Qoruğuna təşkil edilmişdir. Muzeyin zəngin eksponatları ilə tanış olan tələbələrlə görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı və direktor müavini, t.e.d. Fərhad Cabbarov iştirak edərək maraqlı müzakirələr aparmışdılar. Görüşdə daha çox Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik missiyası müzakirə edilmişdir.

İçərişəhər Dövlət-Tarix Memarlıq Qoruğuna təşkil edilmiş ekskursiyada tələbələr qoruqda yerləşən muzeylər və açıq muzeylə tanış olmuşlar. İçərişəhərin tarixi haqqında tələbələrə geniş məlumat verilmişdir.