Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin tələbələri Biologiya üzrə II Respublika Olimpiadasında uğurla iştirak ediblər

Qərbi Kaspi Universitetinin tələbələri Biologiya üzrə II Respublika Olimpiadasında uğurla iştirak ediblər

2025-ci il 22-23 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Biologiya üzrə II Respublika Olimpiadası keçirilib. Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutan bu elmi yarışmada Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələri bilik və bacarıqlarını sınayıblar.

Olimpiadada Qərbi Kaspi Universitetini təmsil edən bir qrup bioloq tələbə də iştirak edib. Universitetin Biologiya ixtisası üzrə IV kurs tələbəsi Aysu Ağayeva olimpiadada uğurlu nəticə göstərərək Həvəsləndirici yerə layiq görülmüşdür. Bu nailiyyət ali təhsil müəssisəsində biologiya sahəsində həyata keçirilən tədris və elmi hazırlığın keyfiyyətini əks etdirir.