Qərbi Kaspi Universitetinin tələbələri “Caspian Agro Week”də
Qərbi Kaspi Universitetinin tələbələri Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (“InterFood Azerbaijan” ) startaplarla ilə iştirtak ediblər.
Universitetin Biologiya ixtisasının IV kurs tələbəsi Süleyman Hacızadə “AquaMIND AI”, Su bioehtiyatları və akvakultura ixtisasının III kurs tələbəsi Nəzrin Vəliyeva isə “InfuNex AI” startaplarını təqdim ediblər.
Süni intellektin tətbiqi ilə akvaponik sistemlərin idarəolunması və balıqçılıq təsərrüfütlar üçün canlı yem istehsalında süni intellektin tətbiqi aid olan layihələr sərgi rəsmi şəxlərin, fermerlərin, biznes nümayəndələrinin və invesorların böyük marağına səbəb olub.