Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin tələbələri Elmi- Tədqiqat İnstitutunda təcrübə keçirlər

Qərbi Kaspi Universitetinin tələbələri Elmi- Tədqiqat İnstitutunda təcrübə keçirlər

Qərbi Kaspi Universitetinin biologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri 2025-ci ilin fevral ayından etibarən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda nəzərdə tutulan istehsalat təcrübəsinin birinci mərhələsini uğurla başa vurmuşlar.Təcrübə dövründə tələbələr institutun müxtəlif şöbə və laboratoriyalarında — Aqrobiotexnologiya, Seleksiya və Toxumçuluq, Funksional Analizlər, İstixana Tərəvəzçiliyi və digər bölmələrdə aparılan elmi-tədqiqat işlərinə fəal şəkildə cəlb olunmuşlar. Onlar tərəvəz bitkilərinin seleksiyası, toxumçuluq texnologiyaları, genetik analiz üsulları, in vitro kulturasının yaradılması, istixana şəraitində becərilmə texnikası kimi sahələrdə praktiki bilik və bacarıqlar qazanmışlar.Təcrübə müddətində tələbələr elmi eksperimentlərin planlaşdırılması və aparılması, laborator analiz metodlarının tətbiqi, aqrobioloji göstəricilərin qiymətləndirilməsi və müasir elmi avadanlıqlardan istifadə sahəsində də mühüm təcrübə toplamışlar.Təcrübənin sonunda tələbələr öz təəssüratlarını bölüşərək institutun peşəkar mühiti və əldə etdikləri real praktiki təcrübənin onların akademik biliklərini daha da zənginləşdirdiyini vurğulamışlar. Tələbələr həmçinin müasir biotexnologiya və seleksiya sahəsində əldə etdikləri biliklərin gələcək karyera planlarında onlara böyük dəstək olacağını qeyd etmişlər.Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi də tələbələrin fəallığını, elmi marağını və yüksək məsuliyyət hissini xüsusi olaraq qiymətləndirmiş, onların qısa müddət ərzində əldə etdikləri nəticələri təqdir etmişdir. İnstitut nümayəndələri bu cür əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu bildirmişlər.Qeyd edək ki, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini real mühitdə tətbiq etmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil strategiyasının mühüm tərkib hissəsidir.