Qərbi Kaspi Universitetinin tələbələri Fintech Hackathonda qalib gəliblər
Qərbi Kaspi Universitetinin tələbələri Avropanın aparıcı innovasiya platformalarından biri olan Tenity və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) birgə təşkil etdiyi Fintech Hackathonda iştirak ediblər.
Universitetin komandasının üzvləri — Aysu Məhərrəmova, Mübariz Hüseynzadə və Tuncay Əliyev müsabiqədə 2-ci yerə layiq görülüblər.
Onlar layihələrin inkişafı məqsədilə nəzərdə tutulmuş dörd aylıq inkubasiya proqramını da uğurla tamamlayıblar.
Proqramın yekun mərhələsi olan Demo Day tədbirində iştirak edərək innovativ layihələrini geniş auditoriyaya təqdim ediblər.
Tələbələri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.