Qərbi Kaspi Universitetinin tələbələri kimsəsiz heyvanlara dəstək aksiyası keçirib
Qərbi Kaspi Universitetinin Tələbə Dəstək Mərkəzi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə kimsəsiz heyvanlara dəstək aksiyası keçirilib.
Aksiya çərçivəsində sahibsiz heyvanlar üçün yuvalar hazırlanıb, onlar qida ilə təmin olunublar.
Bu kimi təşəbbüslər tələbələrdə sosial məsuliyyət hissinin formalaşmasına, onların şəxsi və ictimai inkişafına mühüm töhfə verir.