Qərbi Kaspi Universitetinin tələbələri 4 nominasiya üzrə I yerə layiq görüldü
Qərbi Kaspi Universitetinin tələbələri “Ehtimal Nəzəriyyəsi” fənni üzrə keçirilən universitetlərarası olimpiadada uğurlu nəticələr əldə ediblər.
Universiteti təmsil edən tələbələr 4 nominasiya - “Ən yaxşı təqdimat və izah”, “Analitik düşüncə”, “Yaradıcı yanaşma” və “Ən yaxşı məntiqi həll” üzrə I yerə layiq görülərək yüksək bilik və bacarıqları ilə fərqləniblər.
Ən çox nominasiya üzrə birinciliyi qazanan bizim tələbələr olub.
Qalib tələbələrimizi təbrik edir, onlara gələcək təhsil və fəaliyyətlərində yeni uğurlar arzulayırıq.