Qərbi Kaspi Universitetinin tələbələri WUF13-də təşkil olunmuş sərgidə iştirak ediblər
Qərbi Kaspi Universitetinin Dizayn Məktəbinin tələbələri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş sərgidə iştirak ediblər.
Sərgidə nümayiş etdirilən 50 əsər əsasən stilizə olunmuş vitraj kompozisiyalarından və memarlıq maketlərindən ibarət olub.
Tələbələr tərəfindən hazırlanmış maketlərdə ölkənin müxtəlif regionlarında şəhərsalma və urban inkişaf məsələlərinə xüsusi diqqət yetirilib. Əsərlərdə müasir şəhər mühitinin formalaşdırılması, memarlıq həlləri və ictimai məkanların təşkili kimi mövzular öz əksini tapıb.
Təqdim olunan əsərlər tələbələrin yaradıcılıq potensialını, peşəkar hazırlıq səviyyəsini və urbanistika sahəsinə maraqlarını nümayiş etdirib.
Sonda seçilmiş əsərlərə universitet rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.