Qərbi Kaspi Universitetinin müəllimi Erasmus+ Staff Mobility proqramı çərçivəsində Polşada
Qərbi Kaspi Universitetinin Təbiət elmləri kafedrasının müəllimi Nərmin Mirzəməmmədli Erasmus+ Staff Mobility proqramı çərçivəsində Polşanın Olszıtn şəhərində yerləşən Varmiya və Mazuri Universitetində (University of Warmia and Mazury in Olsztyn) akademik mobillikdə iştirak edib.
Səfər çərçivəsində molekulyar biologiya və genetika sahəsində aparılan elmi-tədqiqatlar, müasir laboratoriyalar və innovativ metodlarla tanış olub.
Həmçinin bu sahədə elmi müzakirələr aparıb, laboratoriya metodları və tədqiqat layihələri üzrə təcrübə mübadiləsində iştirak edib.
Eləcə də professorlar Agnieszka Cydzik-Kwiatkowska və Sławomir Ciesielski ilə görüşlər keçirilib. Görüşlərdə ətraf mühit biotexnologiyası və molekulyar biologiya sahəsində aparılan tədqiqatlar, müasir laboratoriya imkanları və gələcək elmi əməkdaşlıq perspektivləri müzakirə olunub.