Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti Şmalkalden Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramını həyata keçirir

Qərbi Kaspi Universiteti Şmalkalden Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramını həyata keçirir

Qərbi Kaspi Universiteti Şmalkalden Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramını həyata keçirir

Qərbi Kaspi Universiteti beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramını həyata keçirir.

 

Hazırda proqram Mexatronika və robototexnika ixtisası üzrə fəaliyyət göstərir. 

 

 Bu proqram çərçivəsində tələbələr təhsillərinin bir hissəsini Almaniyada davam etdirərək cəmi 4 il ərzində iki universitetin diplomunu əldə etmək imkanı qazanırlar.

 

İkili diplom proqramı tələbələrə:

Beynəlxalq səviyyədə tanınan iki diplom əldə etmək;

 Xaricdə təhsil təcrübəsi qazanmaq;

 Fərqli təhsil sistemlərinin üstünlüklərindən faydalanmaq;

Qlobal əmək bazarında daha rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq imkanı yaradır.

 

Bildirək ki,  Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları ixtisaslarının da ikili diplom proqramına daxil edilməsi istiqamətində danışıqlar davam edir.