Qeydiyyat üçün hansı sənədlər tələb olunur?
Tələbə adını qazanan, eyni zamanda Qərbi Kaspi Universitetinə qəbul olan bütün tələbələri təbrik edir, onlara gələcək təhsillərində uğurlar və maraqlı tələbə həyatı arzulayırıq.
Tələbə adının rəsmiləşdirilməsi üçün 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında şəxsi kabinet yaratmaqla qeydiyyatdan keçmək tələb olunur.
Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:
* Attestat və ya Diplomun əsli (subbakalavr kimi qəbul olanlar üçün), arayış
* Foto şəkil (6 ədəd) (3x4)
* Şəxsiyyət vəsiqəsinin surəti
* Oğlanlar üçün hərbi arayış və ya hərbi komissarlığın qeyd olunma haqqında şəhadətnamənin surəti
* Təhsil haqqı (100 %)
* İş nömrəsi və şifrə
18 yaşı tamam olmamış şəxslər qeydiyyatdan keçərkən mütləq qaydada qanuni nümayəndələri-valideynləri ilə birlikdə gəlməlidirlər. Valideynlər olmadıqda tələbə adını qazanmış şəxslər valideynlərdən birinin notarial qaydada verdiyi etibarnamə əsasında üçüncü şəxslərlə də qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcəkdir.
Portalda qeydiyyatdan keçməkdə çətinlik çəkən abituriyentlər DİM-lə birgə yaradılmış Qərbi Kaspi Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi və Qəbul komissiyasına müraciət edə bilərlər.
Əlavə məlumat üçün:
Bakı, İstiqlaliyyət küçəsi, 31, Tel:+994 12 492 74 18
Bakı, Əhməd Rəcəbli küçəsi, III paralel, 17 A, Tel.:+994 12 565 39 77