QKU müəllimi Erasmus+mübadilə proqramı çərçivəsində Türkiyədə olub
Qərbi Kaspi Universitetinin İnformasiya Texnologiyaları kafedrasının müəllimi və doktorantı Əlixan Rzaquliyev Erasmus+ müəllim mübadilə proqramı çərçivəsində Türkiyənin Hasan Kalyoncu Universitetində akademik mobillik proqramında iştirak edib.
O, ixtisas sahəsi üzrə tələbələrə mühazirələr keçib, elmi və praktiki təqdimatlarla çıxış edib, beynəlxalq akademik mühitdə yeni təcrübələr qazanıb.
Proqram çərçivəsində universitetin fakültələri, tədris prosesi və beynəlxalq əməkdaşlıq imkanları ilə yaxından tanış olub.