QKU müəllimləri Erasmus+ müəllim mübadilə proqramı çərçivəsində Türkiyədə
Qərbi Kaspi Universitetinin müəllimləri Erasmus+ müəllim mübadilə proqramı çərçivəsində Türkiyənin Hasan Kalyoncu Universitetində akademik mobillik proqramında iştirak ediblər.
Onlar Xarici Dillər kafedrasının müəllimləri Əminə Fərzəliyeva və Albina Qasımovadır.
Mobillik proqramı çərçivəsində universitetin müəllimləri öz ixtisas sahələri üzrə bakalavriat və magistratura pillələrində mühazirələr oxuyub, müxtəlif təqdimatlarla çıxış ediblər.
Səfər çərçivəsində universitetin fakültələri, tədris prosesi və beynəlxalq əməkdaşlıq imkanları ilə yaxından tanış olublar.