QKU tələbələri Erasmus+ proqramı çərçivəsində Almaniyada təhsil alırlar
Qərbi Kaspi Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Aysu İsrafilli və Rəsul Aslanov Erasmus+ tələbə mübadilə proqramı çərçivəsində Almaniyada akademik fəaliyyətini davam etdirirlər.
Tələbələrimiz 1 semestrlik mübadilə proqramı çərçivəsində Şmalkalden Tətbiqi Elmlər Universitetində təhsil alırlar.
Müxtəlif ölkələrdən olan tələbələrlə birgə beynəlxalq təhsil mühitində iştirak edərək, ixtisasları üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirirlər.
Tələbələrimizə təhsil həyatında uğurlar arzulayırıq!