Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • QKU tələbəsi Erasmus+ proqramı çərçivəsində İzmir Bakırçay Universitetində təhsil alır 

QKU tələbəsi Erasmus+ proqramı çərçivəsində İzmir Bakırçay Universitetində təhsil alır 

Qərbi Kaspi Universitetinin Biznesin İdarə edilməsi ixtisasının tələbəsi Anna Samoxvalova Erasmus+ tələbə mübadilə proqramı çərçivəsində Türkiyədə akademik fəaliyyətini davam etdirir.

O, 1 semestrlik mübadilə proqramı çərçivəsində İzmir Bakırçay Universitetində təhsil alır.

Beynəlxalq təhsil mühitində öz bilik və peşə bacarıqlarını inkişaf etdirir, müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyət quraraq yeni təcrübələr qazanır və ixtisası üzrə biliklərini genişləndirir.

Tələbəmizə təhsil həyatında uğurlar arzulayırıq!